Azərbaycan.media xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətində yeni təyinatlar həyata keçirilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.
Əmrin icrasına əsasən, Baş mütəxəssis – sürücü vəzifəsində çalışan Kamran Orucov bu vəzifədən azad olunaraq indiyədək vakant olan Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.
Baş mütəxəssis – sürücü vəzifəsinə isə Səxavət Əhədov gətirilib. Məlumata görə, o, bundan əvvəl də Elvin Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü kimi çalışıb.
Qeyd edək ki, Elvin Paşayev Prezident İlham Əliyevin 12 noyabr tarixli sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
