Azərbaycan.media xəbər verir ki, Kürdəmir rayonunda canavarlar daha bir qoyunçuluq təsərrüfatına ziyan vurublar. Axar.az-ın Report-a istinadla yaydığı məlumata görə, hadisə rayonun Sığırlı kəndində fermer Mübariz Hacıyevə məxsus təsərrüfatda baş verib.
Yırtıcılar sürü halında hücum edərək 13 baş xırdabuynuzlu heyvanı parçalayıb. Fermer bildirib ki, son vaxtlar canavar hücumları intensivləşib və bu hadisə nəticəsində ona ümumilikdə 4 min manata yaxın maddi ziyan dəyib.
Qeyd edək ki, iki gün əvvəl rayonun Çöl-Qubalı kəndində də analoji hadisə qeydə alınmışdı. Həmin vaxt canavarlar fermerə məxsus 16 baş xırdabuynuzlu heyvanı tələf edərək 10 min manata yaxın ziyan vurmuşdu.
Oxundu: 14
