Qaradağda yaşayış binasında gizlədilmiş narkotik vasitələr aşkarlandı

Azərbaycan.media xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri həyata keçirib. Tədbir zamanı əvvəlcədən həbs olunmuş şəxsin azadlıqda olduğu dövrdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlətdiyi ümumi çəkisi 181,14 qram olan qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.