🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AMEA-da Prezidentin tapşırıqları əsasında Orfoqrafiya lüğətinə yenidən baxılır

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin AMEA-da çıxışı zamanı vurğuladığı istiqamətlər əsasında Orfoqrafiya lüğətinin yeni nəşri üzərində genişmiqyaslı işlər aparılır.

Bu barədə Orfoqrafiya lüğətinin yenilənmiş nəşrinə həsr olunan iclasda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli məlumat verib. Onun sözlərinə görə, yeni nəşrin hazırlanmasında 2021-ci ildə çap edilmiş Orfoqrafiya lüğəti baza kimi qəbul olunub.

Professor bildirib ki, əvvəlki nəşrlərdən fərqli olaraq bu dəfə Dilçilik İnstitutunun Dil Korpusu bazasından daha geniş şəkildə istifadə edilib, sözlərin işlənmə tezliyi araşdırılıb. Korpus əsaslı yanaşma lüğətdə normativ qaydaların daha dəqiq müəyyənləşdirilməsinə və elmi əsasların gücləndirilməsinə şərait yaradıb.

İclasda vurğulanıb ki, Orfoqrafiya lüğətinin növbəti nəşri ən müasir elmi-praktik tələblərə cavab verəcək, dil normalarının daha dəqiq müəyyən olunmasına xidmət edəcək və cəmiyyət üçün daha əlçatan formada təqdim ediləcək.