🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qobustanda yeni park açılıb: Leyla Əliyeva açılışda iştirak edib

Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində salınmış yeni parkın açılışında iştirak edib.

Bakı–Qazax magistral yolunun 60-cı kilometrliyində, yaşayış evlərinin qarşısında yerləşən yeni istirahət məkanının ümumi sahəsi 10 350 kvadratmetrdir. Park Qobustan sakinləri üçün sağlam və keyfiyyətli istirahət məkanı yaratmaq, yaşayış mühitini daha da yaxşılaşdırmaq məqsədilə abadlaşdırılıb.

Yaşıllaşdırma işləri çərçivəsində parkda müxtəlif növ ağaclar, kol bitkiləri və güllər əkilib, qazon salınıb. Sakinlərin və xüsusən uşaqların rahatlığı üçün söhbətgahlar, uşaq oyun meydançaları, işıq dirəkləri, oturacaqlar və zibil qabları quraşdırılıb.

Açılış mərasimi çərçivəsində xüsusi ağacəkmə aksiyası da keçirilib. Leyla Əliyeva və IDEA könüllüləri parkın müxtəlif hissələrində sərv ağacları əkiblər.