Azərbaycan.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişənin yaxın zamanda sona çatacağını bildirib.
Lukaşenkonun sözlərinə görə, Ukraynadakı “yorğunluq” tezliklə bitəcək və bundan sonra diqqəti ölkənin daxili işlərinə yönəltmək mümkün olacaq.
Belarus lideri həmçinin Rusiya Prezidenti Vladimir Putinlə yüksək sürətli avtomobil yolunun tikintisi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Oxundu: 14
