Azərbaycan.media xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynadakı vəziyyət, o cümlədən ABŞ-ın nizamlama təklifləri kontekstində fikir mübadiləsi aparıblar. Putin Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib və ABŞ-ın hazırkı təkliflərini nizamlama üçün əsas ola biləcəyini qeyd edib.
Görüşdə həmçinin tərəflər Ukrayna məsələsi ilə bağlı müxtəlif səviyyələrdə Rusiya-Türkiyə təmaslarını intensivləşdirmək barədə razılığa gəliblər. Ərdoğan G20 sammitinə səfəri və digər iştirakçı ölkələrin rəhbərləri ilə görüşləri ilə bağlı təəssüratlarını bölüşüb.
Putin və Ərdoğan müntəzəm təmasları davam etdirmək barədə də razılığa gəliblər.
