Azərbaycan.media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfər məqsədilə Müqəddəs Taxt-Taca və İtaliyaya yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirin noyabrın 25-27-də həyata keçirəcəyi səfər çərçivəsində Vatikanda və İtaliyada xarici işlər nazirləri və digər yüksək səviyyəli rəsmilərlə görüşlər, beyin mərkəzində çıxış və müxtəlif tədbirlər planlaşdırılıb.
Oxundu: 18
