🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Polşada iki yük maşını və iki furqonun iştirakı ilə ağır qəza: 4 nəfər ölüb

Azərbaycan.media xəbər verir ki, bu gün Polşanın Xoynı kəndinin yaxınlığında, Vrotslav istiqamətində hərəkət edən yolda iki yük maşını və iki furqonun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Qəza nəticəsində furqonlardan birində olan 4 nəfər hadisə yerində həlak olub.

Digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb və helikopterlə xəstəxanaya aparılıb.

Hadisə zamanı digər avtomobillərə daha az ziyan dəyib. Qəzanın səbəbləri polis tərəfindən araşdırılır.