🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Makron: ABŞ-ın sülh planı Avropanın razılığı olmadan Rusiya-Ukrayna müharibəsini bitirə bilməz

Azərbaycan.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında ABŞ-ın təklif etdiyi Rusiya-Ukrayna müharibəsini bitirmə planının Avropa Birliyinə üzv ölkələrlə razılaşdırılmadan həyata keçirilə bilməyəcəyini bildirib.

Makron deyib: “Bu sülh planı hələ avropalılarla razılaşdırılmayıb. Plan avropalıları narahat edən bir çox müddəaları ehtiva edir. Dondurulmuş aktivlər və Ukraynanın Avropaya inteqrasiyası Avropanın əlindədir. Həmçinin NATO-nun gördüyü işlər təşkilat üzvlərinin ixtiyarındadır.”

O, həmçinin ABŞ-ın Ukraynaya təqdim etdiyi 28 bəndlik sülh planının mühüm məsələlərə toxunduğunu qeyd edib, lakin ümumi razılığın zəruri olduğunu vurğulayıb: “Lakin biz yenidən ümumi dil tapmalıyıq. Çünki ABŞ-ın da bu münaqişənin həlli üçün avropalılara ehtiyacı var. Bu, müzakirəyə çıxarılan 28 bəndlik təklifdən də tam aydın görünür.”