Azərbaycan.media xəbər verir ki, Bakıda şadlıq sarayında meyit aşkar edilib.
Hadisə paytaxtın Nizami rayonunda baş verib.
B.Çobanzadə küçəsində yerləşən “Xarı Bülbül” şadlıq sarayında Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
