Lukyanov: “Rusiya–Avropa qarşıdurması səngər müharibəsi olmayacaq”

Azərbaycan.media xəbər verir ki, Rusiya ilə Avropa arasında mümkün hərbi qarşıdurma baş verəcəyi təqdirdə səngər müharibəsi ssenarisi real görünmür. Bu fikri rusiyalı politoloq və jurnalist Fyodor Lukyanov səsləndirib.

O bildirib ki, hazırkı geosiyasi şəraitdə Rusiya ilə Avropa arasında klassik səngər döyüşlərinin baş verməsi ehtimalı çox aşağıdır.

Politoloq qeyd edib ki, Kalininqradın ticarət blokadası vəziyyəti kəskinləşdirə və hərbi qarşıdurma riskini artıraraq Rusiyanı birbaşa hərbi cavab verməyə məcbur edə bilər.

Lukyanov həmçinin ABŞ-ın Avropadakı NATO müttəfiqləri ilə Rusiya arasında mümkün qarşıdurmaya müdaxilə edib-etməyəcəyinin də sual altında olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Donald Tramp dövründə heç bir ssenari üzrə tam əminlik yoxdur.