Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Bu dəfə respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti yaşayan 30 ailə, yəni 144 nəfər doğma yurda qovuşub.
Sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar torpaqlarımızı azad edən Azərbaycan Ordusunun igid əsgər və zabitlərinə minnətdarlıq edib, Vətən uğrunda canından keçən şəhidlərimizi ehtiramla anıblar.
