🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bir sıra əsas yollarda sıxlıq müşahidə olunur

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın müxtəlif ərazilərində nəqliyyatın intensivləşdiyini açıqlayıb.

Məlumata görə, hazırda aşağıdakı yollar və istiqamətlərdə hərəkətdə sıxlıq qeydə alınır:

  1. Aeroport şossesi – “Koroğlu” metro stansiyası istiqamətində;

  2. 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;

  3. Heydər Əliyev prospektinin əsas yolu – mərkəz istiqamətində;

  4. Heydər Əliyev prospektinin köməkçi yolu – mərkəz istiqamətində;

  5. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;

  6. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

  7. Babək prospekti – mərkəz istiqamətində;

  8. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;

  9. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  10. Bakı–Sumqayıt şossesi – “20 Yanvar” metro stansiyası istiqamətində;

  11. Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionu qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

  12. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

  13. Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

  14. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində.

NİİM sürücülərə mümkün olduqda alternativ yollardan istifadə etməyi və hərəkət qaydalarına ciddi riayət etməyi tövsiyə edir.