🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanın plastmas ixracı azalıb, idxalı artıb

Azərbaycan.media xəbər verir ki, Dövlət Gömrük Komitəsi məlumatına görə, bu ilin yanvar–oktyabr aylarında Azərbaycan 317 milyon 420 min ABŞ dolları dəyərində 327 min 189 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib.

Qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,6%, həcm ifadəsində isə 6,3% azdır. İxrac olunan plastmas və məmulatlar Azərbaycanın ümumi ixracının 1,47%-ni, qeyri-neft sektoru ixracının isə 10,62%-ni təşkil edib.

Hesabat dövründə ölkəyə 483 milyon 883 min ABŞ dolları dəyərində 265 min 789 ton plastmas və ondan hazırlanan məmulat idxal edilib. Bu, illik müqayisədə dəyər və həcm baxımından müvafiq olaraq 8,6% və 8,7% artım deməkdir. İdxal olunan məhsulların ölkənin ümumi idxalında payı 2,52% olub.