Azərbaycan.media xəbər verir ki, Bakıda yol-nəqliyyat hadisəsi qurbanı bir qadın olub. “Report”un məlumatına görə, 1997-ci il təvəllüdlü Babayev Əli Vaqif oğlu noyabrın 18-də idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Xəzər rayonu, Qala qəsəbəsi, Qala–Pirallahı yolunun Pirallahı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 1989-cu il təvəllüdlü Zeynalova Şahnaz Zeynal qızını vurub.
Hadisə nəticəsində Ş.Zeynalova aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, hüquq-mühafizə orqanları araşdırma aparır.
Oxundu: 33
