Azərbaycan.media xəbər verir ki, ötən gün Binəqədidə baş verən faciədə həyatını itirən dörd ofisiantdan biri, 27 yaşlı Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb.
C.Muradlı Tərtər şəhər qəbiristanlığında dəfn edilib. Ailəsi və yaxınları mərhum gənci son mənzilə bəy maşını kimi bəzədilmiş avtomobildə yola salıblar.
Xatırladaq ki, noyabrın 21-i Binəqədidə “Lake Hotel” restoranının yaxınlığında oranın dörd əməkdaşı — Cavidan Muradlı, Eltac Əliyev, Emil Quliyev və Əkbər Zeynalov faciəli hadisə nəticəsində həyatlarını itiriblər.
