🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ölkədə daşınmış yüklərin həcmi artıb

Azərbaycan.media xəbər verir ki, bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə daşınmış yüklərin ümumi həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% artıb.

Yüklərin 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava, 61,5%-i avtomobil nəqliyyatı, 27,4%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,7% artıb və ümumi daşımada bu sektorun payı 79,9% təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 1 milyard 785 milyon sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,3% çoxdur. Sərnişinlərin 89%-i avtomobil nəqliyyatı, 10,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.