Azərbaycan.media xəbər verir ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində yaralanan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Vəlibəylinin vəziyyəti ağır olaraq qalır.
Axar.az-ın məlumatına görə, bu barədə jurnalist Xəyalə Rəis Teleqraf-a bildirib.
“Ləmanın müalicəsi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağırdır, boğazında şlanq var və nəfəs almaqda çətinlik çəkir. Ümid yalnız Allahadır”, – X.Rəis qeyd edib.
Ləman Vəlibəylinin 25 yaşı var.
Qeyd edək ki, ötən gün baş vermiş yanğın nəticəsində üç nəfər, o cümlədən Könül Vəlibəyli vəfat edib.
