🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qızılın qiyməti bazarlarda yüksəlib, gümüş ucuzlaşıb

Azərbaycan.media xəbər verir ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə qiyməti 0,50% yüksələrək 4 116 ABŞ dollarına çatıb.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,77% azalma ilə 50,56 ABŞ dolları təşkil edib.