Azərbaycan.media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Şəhliyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Proses hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilib və hökm elan olunub.
Hökmə əsasən, Şəhliyar Bayramlı 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il aprel ayında Yevlax rayonunda baş verib. Mübahisə zamanı Şəhliyar Bayramlı həmkəndlisi Musa Orucovu bıçaqlayaraq qətlə yetirib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü maddələri ilə ittiham olunub.
