Azərbaycan.media xəbər verir ki, Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
