Azərbaycan.media xəbər verir ki, Professor Qulu Məhərrəmlinin açıqlamasında bildirilib ki, ABŞ-ın irəli sürdüyü 28 maddəlik “sülh planı” Ukrayna üçün son dərəcə ağır seçim situasiyası yaradıb. Onun sözlərinə görə, bu sənəd ətrafında xalqa müraciət edən Prezident Vladimir Zelenskinin çıxışı ölkənin nə qədər çıxılmaz vəziyyətə düşdüyünü açıq göstərir.
Professor qeyd edir:
“Zelenskinin həmin çıxışını oxuduqca insanın içi sızlayır. O, ölkənin tarixinin ən çətin dövrlərindən birinin yaşandığını etiraf edir və Ukraynanın son dərəcə ağır seçim qarşısında qaldığını deyir: ya ləyaqəti, ya da əsas tərəfdaşını itirmək riski. Zelenski bunu belə ifadə edir: ‘Ya çətin 28 bənd, ya da son dərəcə çətin qış – ən çətin və daha çox risk.’”
Qulu Məhərrəmlinin fikrincə, Zelenskinin çıxışında ümidsizlik tam hökm sürmür. O bildirir ki, Ukrayna lideri Vaşinqtonda Donald Trampla aparılacaq danışıqlarda planın bəzi şərtlərinin dəyişdiriləcəyinə inanır.
Professor sözlərini belə tamamlayır:
“Tanrı Ukraynaya kömək olsun!”

Mənbə: Azərbaycan.media
