Azərbaycan.media xəbər verir ki, AZS 599:2025 dövlət standartına əsasən, ölkədə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına yeni qaydalar tətbiq olunacaq.
Yeni standartda region kodları həm iki, həm də üçrəqəmli olacaq. Yeni veriləcək nömrələrdə altı rəqəm nəzərdə tutulur:
-
İlk 3 rəqəm – region kodu
-
Sonrakı 2 hərf – nəqliyyat vasitəsinin seriyası
-
Son 3 rəqəm – qeydiyyat nömrəsi
Bundan əlavə, avtomobil nömrələrindəki hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri ləğv ediləcək.
