🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bərdədə 154 kiloqram at ətinin mal əti adı ilə satışının qarşısı alınıb

Azərbaycan.media xəbər verir ki, Bərdə rayonunda fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kiloqram olan sümükdən ayrılmış at əti aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyi Bərdə RPŞ əməkdaşlarının keçirdiyi reyd zamanı müəyyən edilib ki, at əti 99 CJ 158 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə Bakı şəhərinə mal əti adı ilə satılmaq məqsədilə daşınıb. Ət antisanitar şəraitdə kəsilib və saxlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. İstehlaka yararsız ət soyuducu anbarda saxlanılıb, nümunələr Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.