🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstanın ali mükafatı ilə təltif edilib

Azərbaycan.media xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı Qazaxıstanın ali dövlət mükafatı – “Altın Kıran” ordeni ilə təltif edib.

Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, mükafatlandırma mərasimində Tokayev Paşinyanın lider kimi xidmətlərini yüksək qiymətləndirib və onun Ermənistanın modernləşdirilməsində, həmçinin dövlət idarəçiliyinin müxtəlif sahələrində yenidənqurma proseslərinin stimullaşdırılmasındakı rolunu vurğulayıb.