Azərbaycanda payız tətili başa çatdı, məktəblərdə dərslər bərpa olunur

Azərbaycan.media xəbər verir ki, bu gündən ümumi təhsil müəssisələrində payız tətili sona çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi noyabrın 21-inin payız tətilindən sonra ilk dərs günü olduğunu açıqlayıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qərarına əsasən, payız tətili noyabrın 16-dan 20-dək davam edib.