Azərbaycan.media xəbər verir ki, ABŞ əvvəllər Ukraynaya vacib minerallar — qallium və skandium tədarükünün inkişafına ayrılmış təxminən 30 milyon dolları başqa layihəyə yönəldib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında açıqlama yayımlanıb.
Bəyanatda qeyd olunur ki, “ABŞ Müdafiə Nazirliyi Müdafiə İstehsalı Qanunu (DPA) çərçivəsində ‘ElementUS Minerals’ MMC şirkətinə 29,9 milyon dollarlıq qrant verildiyini elan edib. Bu investisiya 2022-ci il Ukrayna Əlavə Səlahiyyət Qanunu çərçivəsində ayrılan vəsaitlərdən istifadə olunmaqla həyata keçiriləcək”.
Sənəddə həmçinin bildirilib ki, müqavilənin bir hissəsi olaraq şirkət Texasdakı müəssisəsində dizayn işləri aparacaq.
Oxundu: 16
