Azərbaycan.media xəbər verir ki, noyabrın 21-də ölkə ərazisində havanın mülayim və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Publika.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz isə 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlıq ərazilərdə gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.
Oxundu: 20
