ABŞ-Rusiya “sülh planı”: Kiyev 28 bəndlik güzəştlərə necə yanaşır?
Azərbaycan.media xəbər verir ki, ABŞ və Rusiya tərəfindən Ukraynada “sülh adı” altında hazırlanmış 28 bəndlik plan Moskvaya sərt tələblər gətirir. Planın bütün detalları rəsmi açıqlanmasa da, mediada yayılan məlumatlara görə, sənəddə aşağıdakı əsas tələblər əks olunub:
-
Ukrayna Donbasdakı nəzarət etdiyi ərazilərdən Rusiyanın xeyrinə imtina etməli;
-
Silahlı Qüvvələrin sayını yarıya qədər azaltmalı və Moskva və Sankt-Peterburqa çata bilən uzaqmənzilli sistemlərdən imtina etməli;
-
Rus dilini rəsmi dil elan etməli, Rus Pravoslav Kilsəsinə rəsmi status verməli;
-
Xarici qoşunların Ukrayna ərazisinə daxil olmasına icazə verilməməli;
-
Xarici diplomatların istifadə etdiyi təyyarələrin Ukraynaya uçuşu yasaqlanmalı.
“Telegraph”ın məlumatına görə, plan Donbasın Rusiyaya “icarəyə verilməsini” nəzərdə tutur. Ukrayna ərazisi rəsmi olaraq saxlanılsa da, əslində Moskvanın nəzarətinə keçəcək və Kiyev Rusiyaya “torpaq vergisi” ödəyəcək.
Ukrayna üçün ən vacib məsələ olan “təhlükəsizlik zəmanəti” planın tərkibində əks olunmayıb. ABŞ variantında münaqişə dondurulur, müharibə dayanır və bölgəyə investisiya yatırımı vasitəsilə təhlükəsizlik təmin olunur. Bu yanaşma, həmçinin Donbasda rusiyaya “icarəyə veriləcək” ərazilərdə faydalı qazıntıların amerikalı şirkətlər tərəfindən istismarını da nəzərdə tutur.
Kiyevin planı qəbul etməyəcəyi məlumdur, lakin müqavimət gücü əsasən Avropanın mövqeyindən asılı olacaq. Hazırda Avropanın prosesə müdaxiləsi zəif müşahidə olunur.
Analitiklər qeyd edir ki, Kiyevin Brüsselin yox, Türkiyənin dəstəyinə üstünlük verməsi, Avropanın sülh planında Zelenskiyə təzyiq imkanının az olduğunu göstərir. Planın bir sıra bəndləri — məsələn, “rus dilinin rəsmi dil elan edilməsi” və “Rus Pravoslav Kilsəsinə rəsmi status verilməsi” — Kiyevin əsas güzəştləri əldə etməsi üçün simvolik olaraq sənədə daxil edilib.
Nəticədə, Kiyev mümkün danışıqlardan maksimum az zərərlə çıxmaq üçün Ankaranın vasitəçiliyinə və dəstəyinə ümid edir.
