BMT Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dəstək verməyə hazırdır

Azərbaycan.media xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatmasına gətirib çıxaracaq istənilən prosesə dəstək verməyə hazırdır.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Ukrayna ilə bağlı yeni planını şərh edərkən BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə bildirib.

O qeyd edib ki, BMT tam, təxirəsalınmaz və şərtsiz atəşkəsə, ardınca isə ədalətli, hərtərəfli və davamlı sülhə gətirib çıxaracaq hər hansı əhəmiyyətli prosesi dəstəkləməyə və ona yardım göstərməyə hazırdır. Düjarrik əlavə edib ki, sülh yolu ilə həll Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təmin etməlidir.