“Qarabağ” – “Napoli” oyununu İtaliyada 950 azarkeş izləyəcək

Azərbaycan.media xəbər verir ki, “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə İtaliyadakı oyununu izləyəcək azarkeşlərin sayı açıqlanıb.

Axar.az-ın məlumatına görə, klubun mətbuat xidmətindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, indiyədək 950 vauçer əldə olunub. Noyabrın 21-dən vauçerlərin satışı dayandırılacaq.

Qeyd edək ki, “Qarabağ” azarkeşləri üçün “Stadio Diego Armando Maradona” stadionunda 2480 yer ayrılıb.

“Napoli” – “Qarabağ” oyunu noyabrın 26-sı Bakı vaxtı ilə saat 00:00-da, İtaliya vaxtı ilə isə noyabrın 25-i saat 21:00-da start götürəcək.