Xocalı və Horovluya növbəti köç: daha 74 ailə doğma yurda qayıtdı

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Bu mərhələdə Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə köçənlər əvvəllər respublikanın müxtəlif bölgələrində — əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu dəfə Xocalı şəhərinə 27 ailə (147 nəfər), Cəbrayılın Horovlu kəndinə isə 47 ailə (191 nəfər) yola salınıb.

Doğma torpaqlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə təşəkkür edib, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.