Livanın Baş naziri İsraillə danışıqlarda irəliləyiş üçün ABŞ-dan yardım istəyib

Azərbaycan.media xəbər verir ki, Livanın Baş naziri Nəvaf Salam İsraillə danışıqlarda irəliləyiş əldə etmək üçün ABŞ-dan dəstək istəyib.

 “Əl-Ərəbiyyə”yə istinadən məlumatına görə, Baş nazir bildirib ki, Livan Prezidenti Cozef Aun İsraillə danışıqlara başlamaq üçün dəfələrlə çağırış etsə də, qarşı tərəf bu təşəbbüslərə cavab verməyib və razılaşmaya nail olmaqdan imtina edib.

Nəvaf Salam əlavə edib ki, Livan rəhbərliyi regiondakı dəyişikliklər fonunda bu dəfə proseslərdən geri qalmamaq niyyətindədir.