Azərbaycan.media xəbər verir ki, Ukrayna, irəli sürdüyü tələblərə baxmayaraq, münaqişənin həlli üçün yeni planın hazırlanması istiqamətində ABŞ-la danışıqlara başlamağa hazırdır.
“Axios”a yaydığı məlumata görə, yeni planda tərəflərin mövqelərinin nəzərə alınması və danışıqlar nəticəsində şərtlərin yenidən qiymətləndirilməsinə imkan yaradılması nəzərdə tutulur.
Adı açıqlanmayan ABŞ rəsmisinin portalna verdiyi açıqlamaya əsasən, Prezident Volodimir Zelenski və ABŞ Quru Qoşunları komandanı Daniel Driskol müzakirələrin vaxt baxımından çox sərt çərçivədə aparılması barədə razılığa gəliblər.
Oxundu: 11
