ABŞ Rusiyaya qarşı əlavə sanksiyalara və Ukraynaya silah yardımını artırmağa hazırdır

Azərbaycan.media xəbər verir ki, ABŞ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyə və Ukraynaya silah tədarükünü davam etdirməyə hazır olduğunu bəyan edib.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, Vaşinqton Moskvanın atəşkəs çağırışlarını qulaqardına vurmağa davam edəcəyi halda ona əlavə təzyiq göstərmək niyyətindədir.

“Biz həmçinin Ukraynanın müdafiəsi üçün silah tədarük etməyə davam edəcəyik”, – deyə Uolts əlavə edib.