Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib

Azərbaycan.media xəbər verir ki, Sumqayıtda ciddi yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib. İlkin məlumata əsasən, yolu keçməyə çalışan piyadanı “Mercedes” markalı minik avtomobili vurub.

Zərbənin gücü nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.