Azərbaycanda şagird sayı 100-dən az olan məktəblərin sayı 1241-ə çatıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda ümumilikdə 4036 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və onların əksəriyyətində şagird sayı 1000-dən azdır.

Publika.az-ın məlumatına görə, bu barədə İTV-nin “Diqqət mərkəzində” verilişində elm və təhsil naziri Emin Əmrullayev danışıb. Nazir qeyd edib ki, ölkə üzrə ondan az şagirdi olan məktəblərin sayı 94-dür, 20 şagirddən az olanlarda isə 247, 30 şagirddən az olanlarda isə 401 məktəb mövcuddur. Ümumilikdə, şagird sayı 100-dən az olan məktəblərin sayı 1241-ə çatıb.

Nazir əlavə edib ki, ölkədə şagird sıxlığı 150-dən az olan təhsil müəssisələrinin sayı 1812, 200-dən az şagirdi olan məktəblərin sayı 2175, 500-dən az şagirdi olan məktəblərin sayı isə 3147-dir.