🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sığınacaqda qalan yeniyetmə qız itkin düşüb

Azərbaycan.media xəbər verir ki, valideyn himayəsindən məhrum olunmuş və reabilitasiya məqsədilə sığınacağa yerləşdirilmiş yeniyetmə qız məktəbdən qayıtmayaraq itkin düşüb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Yeniyetmənin valideynləri ilə ünsiyyət saxlanılır, çünki uşağa qarşı birbaşa cinayət faktı yoxdur. Bir neçə gün əvvəl qızın atası Sosial Xidmətlər Agentliyinə müraciət edəcəyini desə də, sonradan fikrini dəyişərək onun 18 yaşına qədər sığınacaqda qalmasını istəyib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, itkin düşmüş 17 yaşlı yeniyetmənin tapılması və aidiyyəti üzrə təhvil verilməsi üçün polis tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, ötən gün “Təmiz Dünya” Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanın da atası 2 gün əvvəl ondan imtina etmişdi.