Azərbaycan.media xəbər verir ki, Böyük Britaniya leqal miqrantların ölkədə daimi yaşamaq icazəsi üçün müraciət etməzdən əvvəl tələb olunan yaşama müddətini iki dəfə artıraraq 10 ilə çatdıracaq.
APA-nın məlumatına görə, bu barədə Krallığın parlamentində çıxışı zamanı daxili işlər naziri Şabana Mahmood bildirib. Nazir qeyd edib ki, son illərdə yüksək miqrasiya səviyyəsi nəticəsində 2026–2030-cu illərdə təxminən 1,6 milyon insan daimi yaşayış üçün müraciət edə biləcək. Zirvə həddi 2028-ci ildə 450 min nəfər proqnozlaşdırılır ki, bu da son illərin orta göstəricisindən dörd dəfə çoxdur.
Nazir əlavə edib ki, hökumət yeni tələblər də tətbiq edəcək: namizədlər cinayət keçmişinə malik olmamalı, ingilis dilini mükəmməl bilməli, milli sığorta sisteminə mütəmadi ödəniş etməli və borcları olmamalıdır.
