🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xatəmi: “İran xalqının 80%-i artıq rəhbərin kim olduğuna əhəmiyyət vermir”

Azərbaycan.media xəbər verir ki, İranın sabiq prezidenti Məhəmməd Xatəmi ölkədə dərinləşən iqtisadi böhrana və sosial narazılığa diqqət çəkərək, əhalinin böyük hissəsinin siyasi rəhbərliyin kimliyinə maraq göstərmədiyini bildirib.

Axar.az-ın “Azad İran”a istinadən məlumatına görə, Xatəmi inqilabdan sonrakı dövrdə İranın üzləşdiyi çətinliklərin bu gün daha da ağırlaşdığını deyib. O, İslam Respublikasının süqut riski ilə bağlı xəbərdarlıq edərək ölkəni “möhkəm ağac”a bənzədib:

“Daxili və xarici təhdidlər artdıqca bu ağacın qəfil quruyub yıxılması təhlükəsi mövcuddur. Ümid edirəm ki, belə bir vəziyyət yaranmaz”.

Sabiq dövlət başçısı hazırkı şəraitdə idarəetmə yanaşmasının dəyişdirilməsini, qırmızı xətlərin yenidən nəzərdən keçirilməsini və bunun xarici təzyiqlərə təslim olmadan həyata keçirilməsinin ən doğru yol olduğunu vurğulayıb.