Azərbaycanda müəllimlərin orta aylıq maaşı açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda 17 186 müəllimin orta aylıq maaşı 1 589 manatdır.

Bu barədə İTV-nin “Diqqət Mərkəzi” verilişində qonaq olan elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Nazir bildirib ki, bu müəllimlərin həftəlik dərs yükü 30–36 saat arasında dəyişir.

Əlavə olaraq, 3 487 müəllimin ortalama aylıq maaşı 210 manatdır və onların dərs yükü həftədə 0–6 saat təşkil edir. Həmçinin 38 711 müəllim ayda təxminən 979 manat maaş alır, onların dərs yükü isə həftədə 18–24 saat arasında dəyişir.