Azərbaycan qadın sablya komandası İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

Azərbaycan.media xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi möhtəşəm qələbə əldə edib.

AZƏRTAC-ın məlumatına görə, komandamız final mərhələsində Özbəkistan yığması ilə qarşılaşıb və gərgin idman mübarizəsi şəraitində 45:43 hesabı ilə qələbə qazanaraq yarışın qızıl medallarını əldə edib.