Ağcabədidə ağır qəza: iki nəfər ölüb, bir nəfər yaralanıb

Azərbaycan.media xəbər verir ki, Aran qəsəbəsi–Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “QAZel” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində Orxan Vəliyev və Türkan Vəliyeva hadisə yerində həyatlarını itiriblər. 1972-ci il təvəllüdlü Elsevər Vəliyev isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.