Azərbaycan.media xəbər verir ki, İran İsrailin davam edən hava hücumları və ölkədə dərinləşən iqtisadi çətinliklər fonunda ABŞ-la dayandırılmış nüvə danışıqlarının canlandırılması üçün Səudiyyə Ərəbistanının vasitəçiliyinə ümid etdiyini bildirib.
APA-nın məlumatına görə, “Reuters” bu barədə məsələyə bələd iki regional mənbəyə istinadən xəbər yayıb.
İran və Səudiyyə mediasının bazar ertəsi verdiyi məlumata əsasən, vəliəhd şahzadə Məhəmməd bin Salmanın bu həftənin əvvəlində Ağ Evə səfərindən bir gün öncə İran prezidenti Məsud Pezeşkian ona məktub ünvanlayıb.
Məktubda Pezeşkian İranın qarşıdurma niyyətində olmadığını, daha dərin regional əməkdaşlıq istədiyini və ölkəsinin hüquqları təmin olunduğu halda nüvə mübahisəsinin diplomatik yolla həllinə açıq olduğunu vurğulayıb.
