Azərbaycan.media xəbər verir ki, Çelenc Kubokunda çıxış edən kişi voleybolçulardan ibarət “Xilasedici” klubu bu gün Bakıda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.
Təmsilçimizin rəqibi Rumıniyanın “Steaua” komandası olub. Səfərdə 0:3 hesabı ilə məğlub olan “Xilasedici” bu dəfə 3:1 hesabı ilə qələbə qazanaraq cütün taleyinin Qızıl setdə həll olunmasına səbəb olub.
Həlledici setdə üstünlüyü ələ alan komandamız 15:13 hesabı ilə qalib gəlib və bununla da 1/16 final mərhələsinə adlayıb.
Növbəti raundda “Xilasedici” Belçikanın “Lindemans” klubu ilə üz-üzə gələcək. İlk qarşılaşma 2026-cı il yanvarın 7-də Belçikada keçiriləcək.
Oxundu: 12
