Azərbaycan.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “3+3” regional əməkdaşlıq platforması çərçivəsində növbəti görüşün ya Bakıda, ya da İrəvanda təşkil olunmalı olduğunu açıqlayıb.
O, bu gün keçirdiyi brifinqlərdə bildirib ki, xarici işlər nazirlərinin sözügedən formatdakı son görüşü 2024-cü ilin oktyabrında İstanbulda baş tutub.
Zaxarova qeyd edib ki, növbəti görüşün keçiriləcəyi ölkə operativ şəkildə müəyyənləşdirilməlidir:
“Ümid edirik ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımız növbəliliyi – yəni tədbirin bu il hansı ölkədə, gələn il isə harada keçiriləcəyini tezliklə dəqiqləşdirəcəklər. Biz öz tərəfimizdən qəbul ediləcək qərarı dəstəkləməyə hazırıq. Bu il Azərbaycan və Ermənistan nümayəndələri Əbu-Dabidə, Vaşinqtonda və Düşənbədə bir sıra ikitərəfli görüşlər keçiriblər. Bu cür birbaşa təmaslar məlum məsələnin həlli prosesinə də töhfə verəcək”.
