Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı nəzərdə tutulan “dağıdıcı sanksiyalar” qanun layihəsini təsdiqləyib.
Bu bəyanatla qanun layihəsinin həmmüəllifi, respublikaçı senator Lindsi Qrem çıxış edib. Senator bildirib ki, Ağ Ev ona təxminən iki saat əvvəl qanun layihəsinin təsdiq olunduğunu bildirən bəyanat göndərib.
Qrem əlavə edib ki, Amerika prezidenti qolf oynayarkən Senatın respublikaçı lideri Con Tundan sənədi baxılması üçün təqdim etməyi xahiş edib. Məlumatı ilk olaraq CNN yayıb.
