Azərbaycan.media xəbər verir ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.
“APA-Economics” birja məlumatlarına istinadən bildirir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0,28% azalaraq 4 071,4 ABŞ dollarına bərabər olub.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,15% artaraq 50,93 ABŞ dollarına çatıb.
