🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtdakı yol vəziyyəti ilə bağlı məlumat yayıb.

Hal-hazırda yollarda sıxlıq aşağıdakı istiqamətlərdə müşahidə olunur:

  1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

  2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

  3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

  4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

  5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

  6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində.

NİİM sürücülərə yol hərəkəti qaydalarına riayət etməyi və mümkün olan hallarda alternativ yollardan istifadə etməyi tövsiyə edib.